تبليغاتX
اویرنجی حرکاتی - آراشدیرما مرکزی - Quzey’in Azərbaycanca’sı Güney’in Türkcə’si (1)
 
azoyrenci_herekati@yahoo.com گله جک بیزیمدیر
 

Quzey’in Azərbaycanca’sı

Güney’in Türkcə’si (1)

Mehran Baharlı

 

Elgün-05 Ocaq- 2008- Siçan İli

 

Geçənlərdə Azərbaycan Buduncu (Cumhuriyəti) televiziyonlarında 2008 ilinin başından olmaq üzərə, Türkiyə Türkcəsi ilə yayınlanan izlənclərə (pıroqramlara) yasaq gətirildiyi salığını (xəbərini) duyduq. Yasağın gərəkçəsi, bu “yabancı” dilin “Azərbaycanca”ya “itəm” (zərər) verdiyidir. Bu salıq Paniranist güclər tərəfindən böyük bir sevinc, İran ve Güney Azərbaycan Türklüyü tərəfindənsə böyük bir üzüntü ilə qarşılandı. Azərbaycan Buduncunda Türkiyə Türkcəsinə gəririlən yasaq, bizim dilimizə gətirilən yasaqdır. Bu olay belə görülməli, belə alqılanmalı ve bu üzdən də qınanmalıdır. Dilimizin adını (Türkcə) bilə bilməyən və onu qondarma “Azərbaycanca” diyə adlandıran Quzey Azərbaycanlı yetgililər, nəyin ona itəm verdiyini, nəyin ona yarar gətirdiyini necə anlayabilərlər?

 

Güney’in yazılı-görkül (ədəbi) dili, “Türkcə”dir, “Azərbaycanca” deyildir

 

Güney Azərbaycan târixi bir yol ayrıcındadır. Günümüzdə Güney Azərbaycan və İran Türklüyünün oluşdurmaq və biçimləndirməkdə olduğu görkül dil, təməl aldığı Güney Azərbaycan və İran’ın başabaşına sərpilmiş Türk budununun (xalqının) dili ilə, Azərbaycan və Türkiyə Buduncları görkül dillərinin birləşməsindən ortaya çıxmaqda və daha doğrusu bu üçünün özgün və yeni biləşgəsidir. Bu üzdən onu “Yenicil (modern) Batı Oğuzcası” adlandıranlar da olmuşdur. Bu dil, özünə Azərbaycan Buduncu görkül dilini ülgü almamaqdadır. Güney’in görkül dili, hər iki qonşu ölkənin görkül dillərinə eşit aralıqda (məsafədə) durur və onların idi (heç) birisini tək başına öz görkül dili olaraq tablamır (qəbul etmir).

 

Ancaq Güney Azərbaycan və İran Türklüyü, Türkcənin sözdağarcığına yiyələnmə, öz Türk soykökünə qayıdış və dilimizi çağdaşlaşdırma (muâsirləşdirmə) və yenicilləşdirmə (modernləşdirmə) alanlarında (sâhələrində), bunların idi (heç) birinə yiyə (sahib) olmayan Azərbaycan Buduncu deyil, Türkiyə Cumhuriyətinin varsıl (zəngin) denəyimlərindən (təcrübələrindən) yararlanmaqda, orada əldə edilən qazanımları mənimsəməkdə, onları öz denəyimləri və öz qazanımları olaraq görməkdədir. Türkiyənin görkül və yazılı dili (Türkçe vəya Yeni Türkçe) və bu ölkədə törədilən yeni degilər (neolojismlər) Güney’ə yeni kəlimələr sunabiləcək çox önəmli bir qaynaqdır. Bu qaynaq özəlliklə yenicil bügüş (fəlsəfə), bilim, quraşdırım (teķnoloji), çınbilimi (huquq), ərklət (dövlət), soyut qavramlar və uzluq (sənət) kimi alanlarda olağanüstü dəyərlidir. Ayrıca budunumuzun Əraqda Türkman adı ilə yaşayan ucqarobası (diyasporası) ilə Türkiyə sınırları içində yaşayan və sayıları milyonları aşan Azərbaycan Türkünün özlərinin yazılı-görkül dilləri olaraq Türkiyə tuğralı (rəsmi) dilini seçdikləri unutulmamalıdır. Güneydə - Azərbaycan Buduncunun tərsinə - xalqımızın özü və dilini Türkiyədə olduğu kimi və doğru olaraq ürkən (həmişə) “Türk” və “Türkcə” adlandırması da Güney’in kimi örnək aldığını açıqca ortaya qoyur. Son olaraq, İran və Güney Azərbaycanda Türk xalqının içində olduğu bugünkü ulusal (milli) oyanış və dirçəlmədə Türkiyə televiziyonlarının tək başına, hətta Quzey Azərbaycan’ın bağılsızlaşmasından (istiqlalından) daha çox etgi və oynamı (rolu) olduğu da bilinən bir gerçəkdir.

 

Azərbaycanca, Türkcə deyildir. O Farsca-Ərəbcə-Rusca-Türkcə qarışımı yetərsiz və görksüz bir qarma (hibrid) dildir

 

Azərbaycan Buduncunun görkül dili, ağır biçimdə Fascadan etgilənmişdir. Bu etgi təkcə dilə girən Farsca söz və tərkiblərlə sınırlanmamaqda, dil bilgisi alanını da içərməkdədir. Hər hansı bir dilin geniş bir biçimdə (şəkildə) başqa bir dilin dilbilgisi qural və yasaları etgisi altına girməsi, o dilin öz qurallarının altüst edilməsi və dərindən yara alması deməkdir. Bugün Azərbaycanda yayqın olan görkül dil, yanlışlarla dolu, pozulma və soysuzlaşmağa üz tutmuş bir dildir. Bu dil söz dağarcığı və dil bilgisi açılarından, Farscadan dərindən etgilənmiş və pozularaq yetərsiz və görksüz (çirkin) bir qarma dil halına dönüşmüşdür. Osmanlı aydın və seçginlərinin yaradıb işlətdikləri uydurma bir dil var idi. Bu dilə doğru olaraq “Türkcə” yerinə “Osmanlıca” deyilmişdir, uçra (çünkü) bu dil üç Farsca, Ərəbcə və Türkcə dillərinin yapmaca (sün’i) bir biçimdə yanyana gətirilməsindən oluşmuşdu. İndi Azərbaycan Buduncunda görkül (ədəbi) dil olaraq işlədilən Azərbaycanca da, qardaşı Osmanlıca kimi, hətta ondan daha bətər, gerçəkdə Türkcə, Farsca, Ərəbcə və Ruscanın qarışımından oluşmuş qarma- uydurma bir dil görüntüsü verməkdədir.

 

Azərbaycan və İranda Türkcənin geriləməsi, İsmayıl Xaqan (Şah İsmail) dönəmindən sonra başlamışdır. Bu dil tuğralı və ərklət dili olma qonumunu addım addım itirməklə birlikdə, Farsca və Ərəbcə dillərinin əzici və çox ağır etgisi altında qalaraq, başda bilim, bügüş və uzluq olmaq üzərə, hər alanda öz doğurqanlığını itirib, neçə yüzil içində qısır və qarma bir dil halına gəlmişdir. Ardınca Gülüstan və Türkmançay anlaşmalarından sonra gələn son iki yüzildə, başqa bir dil, Ruscanın ağır etgisi altına girmişdir. Quzey Azərbaycanda idi bir dəyişiklik və düzəltməyə uğramadan, görkül və tuğralı dil olaraq tablanan dil, iştə bu qısır-qarma dildir. Bu durum Güney’in, Farsların boyunduruğundan qurtulduqdan sonra, İran ərklətinin basqıları ilə yaranmaqda-yaradılmış olan uydurma “Azəri-Fazəri”ni öz görkül və yazı dili diyə tablamasına bənzər. Azərbaycan Buduncunda yerində (haqlı) olaraq bu eybəcər dilə Türkcə yerinə Azərbaycanca deyirlər. Bizcə bu adlandırma olduqca doğrudur, uçra bu dili Türkcə adlandırmaq, Türkcəyə gücəm (zülüm) və sayqısızlıq olardı. Gerçəkdə Güney Azərbaycan və İranda Türk budununun qonuşduğu və burada biçimlənməkdə olan yenicil və çağdaş görkül dilini “Türkcə” adlandırması, bu dilin Azərbaycan Buduncunun görkül dili olan “Azərbaycanca”dan ayrıq (fərqli) olduğunun ən çarpıcı və ən gözəl bir qanıtıdır (subutudur).

 

Azərbaycan Buduncunda işlədilən görkül dil və orada var ol[may]an dil anlayışı, Güney Azərbaycan və İran Türklüyünə ülgü və təməl alınmamalıdır. Özəlliklə görkül dil və söz dağarcığı qonularında, Azərbaycan Buduncunun görkül dili – ondan yararlanılması gərəkdiyinin tabası (rəğmən) – Güney üçün tək təməl və qaynaq diyə görülməməlidir. Ötə yandan, Güneydə bu picin dilin İran və Güney Azərbaycanın görkül və yazılı dili olmasını savunan və yetirim (təbliğ) edən Rus vurqunları və tutucularla əkinc (kültür) savaşımı aparılmalıdır.

 

Azərbaycan Buduncunda yenicil dil anlayışı yoxdur

 

Azərbaycan Buduncunda Türk dilinin düşdüyü acınacaqlı durumun nədənlərini belə sıralayabilərik:

 

1- Dil anlayışı əksikliyi və dilin üzərində (haqqında) dövlət yönətgisinin (siyasətinin) olmayışı: Azərbaycan Buduncunda gənəl olaraq yenicil dil anlayışı movcud deyildir və özəlliklə ərklət, dilin qorunması və gəlişdirilməsi, yenicilləşdirilməsi, çağdaşlaşdırılması və dirgili (canlı) bir varlıq olaraq olanaq- yetənəklərinin çeşitləndirilib çoxaldılması ilə ilgili hər hansı bir yekə tasarı (master plan) və yönətgiyə yiyə deyildir.

 

2- Dilin adını dəyişdirmək: Azərbaycanda Rus sömürgəçiliyinin (ķoloniyalisminin) yıxıcı etgisinin ən açıq izini, oradakı budun və dilin “Türk” və “Türkcə”dən qondarma “Azərbaycan” və “Azərbaycanca”ya, özü də könüllü olaraq dəyişdirildiyində görəbilərik. Azərbaycan Buduncunda bizim dilin Türkcə olduğu və Türkcənin də bizim dil olduğu düşüncəsi və inancı, idi bir vaxt ürəklərdə və beyinlərdə kök salabilməmişdir. İştə Türkiyə budununun dilini Azərbaycan xalqının dilinə “yabancı” sanan anlayış da, bu sömürgələşmə (ķoloniyal) sayrılığın başqa bir bəlirtisidir. (Azərbaycan və Türkiyə Cumhuriyətlərində budunların qonuşduğu dillər, ən azından dilbilmi baxımından, iki ayrı dil yox, bir dilin iki olduqca yaxın ləhcəsi sayılır). Bu açıdan Fars sömürgəçiliyi boyunduruğu altında yaşamasının tabası, qondarma “Azəri” və “Azəricə” adlarını mənimsəməyən, bəlkə onlara var gücü ilə təpgi göstərən Güney Azərbaycan, öz bağılsız ərkləti və yüzlərcə akademi, institut, ....yə yiyə olan Quzey Azərbaycandan, bu açıdan daha irəlidə və ulusal kimliyinə bağlıraq durumdadır.

 

3- Dildən özgün Türkcə sözləri dışlama: Azərbaycanca dilində, dilimizdə var olan minlərcə özgün Türkcə degiyə (kəliməyə), özbaşınalıqla bayrı (arxayik) damqası vurulmuş, bunlar yazılı və danışıq dillərindən dışlanmışdır. Bu yaxlaşımla da özləri demişkən “bu qədər zəngin dilimizi, miskin günə salıblar” (bu dənli varsıl dilimizi, yoxsul günə salıblar). Gəlinən bugünkü durum, Azərbaycan Buduncunda yazarların çoxunun, öz yazılarını toplamı 100-400 degini geçməyən sısqa bir sözdağarcığı köməyi ilə - bunun da yüzdə doxsanı Farsca, Ərəbcə, Rusca sözlərədən oluşmaqdadır – yazmalarıdır. Ötə yandan Azərbaycan Buduncunda Türkcə quralları təməlində (əsasında) yenidegi törətmə yolu sürəci durdurulmuş, onun yerinə arasıra Farsca əklərdən kömək alaraq yeni sözlər törətmə yolu mənimsənmişdir. Törədilən belənçi sözcüklərin önəmli bölümü isə, dilbilgisi baxımından yanlışlıqlarla doludur.

 

4- Farsca etgisini qorumağa çalışmaq: Azərbaycan Buduncunda ortaçağ Azərbaycan seçginlərinin alışqanlıqlarının davamında, hələ də Fars dili və görksözünə (ədəbiyatına) qarşı bir çeşit vurqunluq (heyranlıq) duyqusu və aşağılıq düyümüqarmaşası (üqdəsi ķompleksi) vardır. Onlara görə dilimizdə Farsca degi, tərkib və hətta dilbilgisi qurallarını işlətmək, bir çeşit aydınlıq, soyluluq və yüksəklik bəlirtisidir. Güney’in tərsinə, Azərbaycan Buduncu doğrudan Fars sömürgəçiliyi və oradakı dil də Fars dili tərəfindən yox edilmə belini (təhlükəsi) ilə qarşı qarşıya qalmamışdır. Bu isə onların, Farscanın dilimiz üzərindəki olumsuz etgilərinə vurdum duymaz davranma, hətta Farsca degi və dilbilgisi qurallarını özlərininki sanmalarının başqa bir nədənir.

 

5- Rusca etgisini qorumağa çalışmaq: Sözsüz geçmişdə Rus dili, görksözü və uyqarlığının (mədəniyyətinin) Azərbaycan’ın çağdaşlaşma, yenicilləşmə, bundalı (seküler) və eldəmləşmə (layikləşmə) və batıya yaxınlaşmasında önəmli yarar və payı olubdur və gələcəkdə də olacaqdır. Ancaq bu gerçək, dilimizin Rus dili tərəfindən elik olunması (istila edilməsi) gərəkdiyi anlamına gəlməz. İki yüz ilə yaxın Rus sömürgəçiliyi altında yaşamaq, Azərbaycan Buduncu seçginləri arasında, dilimiz, abecemiz (əlifbamız) və görksözümüz üzərində Rus etgisini qoruma və yaşatmağa çabalayan yerli bir toparın (zümrənin) yaranmasına nədən olmuşdur. Bugün Azərbaycanda budunumuz və dilinin ulusal-tarixi adlarını “Türk” və “Türkcə”dən, “Azərbaycan” və “Azərbaycanca”ya dəyişdirməyi savunanlar, iştə bu Rus sömürgəçiliyinin yerli qalıntılarıdırlar.

 

Azərbaycancanın Sorunları

 

Yuxarıda sıralanan nədənlərdən dolayı, günümüzdə Azərbaycanca və ya Azərbaycan Buduncunda işlədilən görkül dil, bir çox yöndən sorunlu, olduqca yetərsiz və hətta ölüşgəməyə üz tutmuş bir dildir. Bu sorunlar və onlara irim (diqqət) yetirməmə və dillə ilgili gənəl olaraq idi bir yönətgi və anlayışa yiyə olmamaq, oradakı durumu daha da ağırlaşdırmışdır. Anılan sorunlu yönləri belə sıralayabilərik:

 

1- Abece (əlifba) sorunları

2- Yazım (ortoqrafi) sorunları

3- Dilbilgisi sorunları

4- Söz dağarcığı sorunları

 

Bu sorunların çözüm yollarına qıssaca toxunmaq istərsək:

1- Abece əksiklikləri gedərilməlidir. Nazal Ññ, nüqtəli Ķķ və kəsmə  imi “ ” (apastrof işarəti) abeceyə artırılmalı, uzun “â” səsi yazıda işlədilməlidir.

2- Rus yazımını ölçüt alma alışqanlığı bıraxılmalı, yazım yanlışlıqları düzəltilməlidir.

3- Farsca sözcüklərin söz dağarcığına girməsi denətim (ķontrol) altına alınmalı, əski Türkcə və çağdaş ləhcələrimizdə var olan sözcüklər gənə görkül dilə qazandırılmalı, sözcük törətmə sürəci yenidən başladılmalıdır….

4- Dilimizdə işlədilən Fars dilbilgisi qurallarının, özəlliklə ilgəç (ədat), ək, …’nin (bə, ki, ta, -kar, -gər, -pərəst, -pərvər, -şünas, -xana, -pərvər, -bin, …) qullanılması bütünüylə durdurulmalıdır.

 

Aşağıda Azərbaycan Buduncunun “Azərbaycanca” adlanan görkül dilində var olan bir sıra yanlışlıqlar sıralanmış və Türkcədəki düzgün qarşılıqları ayırac (parantez) içində verilmişdir.

 

==========================================

Abece Sorunları

==========================================

 

1- Azərbaycan və Türkiyə Budunclarının Latın abeceləri, Güneydə gözü qapalı tablanmamalı, bu iki ölkənin denəyimlərindən yararlanaraq İran və Güney Azərbaycan Türklüyünə daha düzgün, daha məntiqli və daha əksiksiz bir abece düzənlənib yaradılmalıdır. Oluşdurulacaq yeni Latın abece, Azərbaycan Türklərinin bütün altquruplarını – İran’ın quzeybatısı (Güney Azərbaycan),  İran’ın güneyi (Qaşqayyurd), İran’ın quzeydoğusu (Afşaryurd) və Əraq Türkman ucqarobasını - qapsayacaq biçimdə tasarlanıb düzənlənməlidir. Oluşdurulduqdan sonra da Güney Azərbaycan və İran Türklərinin Latın Abecesi, sürəkli olaraq gözdən geçirilməli və yalnız Türk dilinin özəllik və gərəksinimləri təməlində gəlişdirilməlidir.

 

2- Azərbaycan Buduncunun yeni Latın abecesinə gəlincə, bu əlifbadakı sorunlar, biçiklərin (hərflərin) yanlış sıralaması, nazal (Ññ), nüqtəli (Ķķ) biçikləri və kəsmə “ ” iminin olmayışı, və yazarkən uzun “â” hərfinin işlədilməməsi olaraq özətlənəbilər. Güney`in latın abecesində bu əksiklik və yanlışlıqların düzəldilməsi gərəklidir:

 

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

 

Abece sıralaması: Azərbaycan Buduncunun 1991 ilində Latın abecesinə geçişi tikəl (qismi) olmuşdur. Beləki Latın biçikler tablanmış, ancaq biçiklərin sırası hələ də Rus-Kiril abecesində olduğu təkindir. Bu abecedə, bütün Latın kökənli abecelərin tərsinə, “X” biçiyinin yeri abecenin sonlarında “V” biçiyindən sonra deyil, abecenin başlarında “H” biçiyindən sonradır. Habelə “Q” biçiyi “P” biçiyindən sonra deyil, abecenin ortasında “K” biçiyindən sonra gəlir:

Aa, Bb, Cc, Çç, Dd, Ee, Əə, Ff, Gg, Ğğ, Hh, Xx, Iı, İi, Jj, Kk, Qq, Ll, Mm, Nn, Oo, Öö, Pp, Rr, Ss, Şş, Tt, Uu, Üü, Vv, Yy, Zz

Bu nədənlə Azərbaycan Buduncunun abecesi gerçəkdə yarı latın (hərflərin biçimi), yarı Kiril (biçiklərin düzülüşü) azı (vəya) qarma bir abecedir. Bu isə özəlliklə sözlük və bilgisayar ortamlarında sözlərin düzülüşündə ciddi sorunlar yaradıb, onları altüst edərək qullanılmaz hala gətirir. Bu üzdən Güneydə Latın abecesində biçiklərin sıralaması Azərbaycan Buduncunda olduğu kimin deyil, uluslararası Latın biçikləri sıralamasına uyumlu olmalıdır.

 

Güney Azərbaycan- İran Türklüyünün Bütünləşdirilmiş Latın Abecesi:

Otuzdörd Biçik və Bir İm

 

Aa, Bb, Cc, Çç, Dd, Ee, Əə, Ff, Gg, Ğğ, Hh, Iı, İi, Jj, Kk, Ķķ, Ll, Mm, Nn, Ññ, Oo, Öö, Pp, Qq, Rr, Ss, Şş, Tt, Uu, Üü, Vv, Xx, Yy, Zz,

 

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

 

“Gəniz Ññ”si biçiyinin olmayışı: “Gəniz Ññ” (“nasal n”, “üç nüqtəli ke”, “ng”, “kaf-i Türki”, “kaf-i nuni”, “nun-i qənne”) Türklərə özgü bir səsdir. Ən əski çağlardan bəri günümüzə gəlib ulaşmış olan bu səs, dilimiz və budunumuzun əski Türkcə və əski Türklərə bağlı olduğunun ən sağlam qanıtlarından biridir. Geçmişdə (ڭ) ilə göstərilən bu səs, çağdaş Ərəb köklü Türk abecesində (نگ) biçimində göstərilir. Azərbaycan Buduncunun yeni Latın abecesində isə dilimizdə var “Ññ” səsini qarşılayacaq idi bir biçiyə yer verilməyibdir. Oysa (halbuki) bu biçik Musavat dönəmi və sonrasındakı Latın abecedə öz yerini almışdı. Ayrıca “Ññ” səsi ən əski və əski Türkcə, hətta Sümer kimi Pırototürk dillərdə, habelə Türk görkül və kökləşik (ķılasik) bətiklərdə (mətinlərdə) və Azərbaycan Türkcəsinin bir çox çağdaş ləhcəsində özəlliklə kəndlər və oymaqlar arasında işləkdir (İran’ın güneyində Qaşqay, Güney Azərbaycan’ın Sava və Sulduz, Quzey Azərbaycan’ın Qazax, Qarabağ, Gəncə, Ayrım, Nuxa, Zaqatala, Qax, ...., Xorasan’ın Sərvilayət, Bam Səfiabad, Cölgərux, Gərivan, Bocnurd, Cüveyn, Çağatay , .... ləhcələrində). Dolayısı ilə ən əski və əski Türkcə bətiklərin yazıb oxumasını və Türk dilinin İran və Azərbaycandakı çağdaş ləhcələrində yaranan görkül və folķlor yapıtların səbt və oxunuşunu qolaylaşdırmaq (âsânlaşdırmaq) və irimləşdirmək (dəqiqləşdirmək) üçün, “Ññ” biçiyinin Güney’in Latın abecesinə əklənməsi gərəklidir.

 

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

 

Duralı (Nüqtəli) “Ķķ” biçiyin olmayışı: Dilimizdə qalın və incə olmaq üzərə iki ayrı “k” və “ķ” səsləri vardır. Bunlar “Ķadr” və “Kənd” degilərində olan səslədir. Qalın azı duralı “ķ” səsi, başda Avrupa dilləri olmaq üzərə daha çox yabancı degilərdə işlədilir. Bu iki səs arasıra (bə’zən) kəlimələrə ayrıq anlamlar verirlər, örnəyin incə “K” ilə söylənən “Kola” kiçik bağevi anlamında və qalın “Ķ” ilə söylənən “Ķola” bir içəcək (ķoķaķola) adıdır. Azərbaycan Cumhuriyəti Latın abecesində, dilimizdə var olan bu iki fərqli “k” və “ķ” səsləri tək bir biçiklə göstərilir. Bu iki ayrıq səs, Azərbaycan Türkcəsində var olduqlarına görə, kəsinliklə Latın abecemizdə də öz ayrıca yerlərini tapmalıdırlar.

 

Kk: Börk, Buradakı, Kakıl, Kamaş, Kağaz, İki, Kəleybər, Kənd, Kərəm, Kilim, Kişi, Kola, Kor, Kosa, Kömək, Kömür, Küçə, Küt, Ördək, Təkər, Üzük

Ķķ: Aķord, Doķtor, Folķlor, Ķabinet, Ķadr, Ķanada, Ķaraķter, Ķarmen, Ķazino, Ķolombiya, Ķomando, Ķontrol, Ķosmos, Ķuçuq, Ķulub

 

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

 

Uzun ââ biçiyin yazıda işlədilməməsi: Çağdaş Türkcədə, Türk kökənli sözcüklərdə “uzun â” səsi yoxdur, ancaq bu səs yabancı sözcüklər özəlliklə Farsca və Ərəbcədən dilimizə girmiş degilərdə vardır və dilimizdə də tayınca (eynən) işlədilir. Azərbaycan’ın yeni Latın abecesində isə “uzun â” biçiyi və səsinin varlığı tablanmamış və buna ək olaraq yazılı dildə də bu biçik işlədilmir. Oysa Türkiyədə olduğu kimi, abecedə ayrıca göstərilməsə də, uzun â’dan, ən azından yazıda, özəlliklə əski və kökləşik bətiklərdə yararlanmaq gərəkir.

 

Örnəyin “Nâminə” degisi uzun â ilə söylənməsinə tabası, qıssa a ilə (naminə) yazılır. (dilimizdə bu Farsca degini işlətməyə gərək yoxdur. Onun yerinə Türkcə “adına” degisi işlədiləbilər). Habelə dilimizdə işlədilən “nâmə”, “-xânə”, “-zâdə”, “-vâri” kimi Farsca degi və əklər də Azərbaycancada uzun â ilə söylənmələrinin tabası, yanlışlıqla qıssa a ilə yazılırlar.

 

Bu iki ayrı “a” və “â” səsləri bir sıra durumlarda degilərə ayrıq anlamlar yükləyəbilər: asan (Türkcə asmaqdan), âsân (Farsca rahat anlamında); bala (Türkcə kiçik), bâlâ (Farsca yuxarı anlamında); alam (Türkcə almaqdan), âlâm (Ərəbcə dərdlər anlamında); yar (Türkcə yarmaqdan), yâr (Farsca yoldaş anlamında); azar (Türkcə azmaqdan) âzâr (Farsca əziyyət anlamında);

 

Ayrıca Azərbaycan Buduncu yazımında Farsca və Ərəbcə kökənli adlardakı uzun “â” səsləri də yanlışlıqla Türkcə qıssa “a” ilə göstərilir: Babək (Bâbək), Adil (âdil), Cavid (Câvid), Hadi (Hâdi), …

 

Başqa örnəklər (ayırac içindəkilər doğru, ayırac dışındakılar Azərbaycan Cumhuriyətindəki yanlış yazılışdır):

 

adət (âdət), adi (âdi), Adil (âdil), alam (âlâm), ali (âli), аlim (âlim), asan (âsân), azar (âzâr), Babək (Bâbək), bala (bâlâ), Cavid (Câvid), dahi (dâhi), Hadi (Hâdi), hakim (hâkim), halə (hâlə), kafi (kâfi), naminə (nâminə), tabe (tâbe), vasitə (vâsitə), xanəndə (xânəndə), yar (yâr)

 

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

 

Apastrofun (kəsmənin) olmayışı: Azərbaycanda tablanan Latın abecesinin ən böyük əksikliklərindən biri də kəsmə iminə yer verməməsidir. Bu isə dilimizin yazımında çox böyük qarqaşa və pırtlaşlığa yol açmaqdadır.

 

Degi içində: Örnəyin bu abecedə aşağıda göstərilən ikili degilər tayın (eyni) biçimdə yazılır. Oysa bunların anlamları və doğru yazılışları bütünüylə ayrıqdır:

 

bədən (بدن)-bə’dən (بعدا); bəzən (Türkcə bəzənməkdən)-bə’zən (بعضا); ələm (علم، الم)-ə’ləm (اعلم daha bilgili), əza (عزا)-ə’za (اعضا), mədəni (uyqar anlamında)-mə’dəni (معدني); məlul (ملول)-mə’lul (معلول); mən (من)-mən’ (منع); mərəz (مرض)-mə’rəz (معرض); şer (شئر aslan)-şe’r (شئعر); təmir (dəmirin əski söylənişi)-tə’mir (تعمير), tən (تن)-tə’n (طعن); tənə (تنه)-tə’nə (طعنه)

 

Başqa örnəklər (ayırac içindəkilər doğru, ayırac dışındakılar Azərbaycan Bucundakı yanlış yazılışdır):

 

bədən (bə’dən), bəzən (bə’zən), bəzi (bə’zi), dava (dâ’va), dəvət (də’vət), edam (e’dam), élan (e’lan), etina (e’tina), etibar (e’tibar), etibarən (e’tibarən), etiraf (e’tiraf), etiraz (e’tiraz), ezam (e’zam), əla (ə’la), istеdаd (iste’dad), istefa (iste’fa), löbət (lö’bət), meyar (me’yar), məbəd (mə’bəd), mədəni (mə’dəni), məlul (mə’lul), məlum (mə’lum), məlumat (mə’lumat), məmur (mə’mur), mən (mən’), mənа (mə’na), mənalı (mə’nalı), mənəvi (mə’nəvi), məni (mə’ni), məsud (məs’ud), mərəz (mə’rəz), mərifət (mə’rifət), məruz (mə’ruz), məruzə (mə’ruzə), məşəl (məş’əl), məyus (mə’yus), məzun (mə’zun), möcüz (mö’cüz), mömin (mö’min), mötəbər (mö’təbər), nəşə (nə’şə), səy (sə’y), sürət (sür’ət), şer (şe’r), şöbə (şö’bə), tabe (tabe’), təbir (tə’bir), təcili (tə’cili), təlim (tə’lim), təmin (tə’min), tə’minat (təminat), tən (tə’n), tənə (tə’nə), təsir (tə’sir), tətil (tə’til), təxir (tə’xir), təyin (tə’yin), yəni (yə’ni)

 

Degi sonunda: Azərbaycan Cumhuriyətində tablanan yeni abecedə kəsmə imi olmadığından dolayı, özəl adlar və onlardan sonra gələn bir sıra əklər bitişik biçimdə yazılır və bu da yanlış anlamalara yol açır. Örnəyin bu abeceyə görə iki ayrıq anlamı olan “Bâbək’i” (Baybək’i öldürdülər) və “Bâbəki” (Baybək’ə mənsub, Baybək’ə bağlı), “Əli’ni” (Əli’ni gördüm) və “əlini” (əlini tutdum), “Təbrizi” (soyadı) və “Təbriz’i” (Təbriz’i özlərdim) degiləri tayın (eyni) biçimdə yazılır.

 

==========================================

Yazım Sorunları

==========================================

 

Görüləcəyi kimi, Azərbaycan Buduncunda tablanan yazımdakı sorunların böyük bölümü, bu yazımda Türkcənin yapısı və gərəksinimləri yerinə, Rusca yazımını təməl almaqdan qaynaqlanmaqdadır.

 

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

 

Degi başındakı “Iı”lar: Azərbaycan Buduncunda tablanan yazımda kəlimə başındakı bir sıra “Iı”lar, Ruscanın etgisi ilə “İi” olaraq yazılır. Bu bütünüylə yanlış bir tutumdur:

 

işıq (ışıq), ildırım (ıldırım), ilxı (ılxı)

 

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

 

Degi başında gətirilən iki, üç, azı dörd ünsüz: Türkcədə idi bir degi iki ünsüzlə başlamaz. Ancaq Azərbaycan Buduncunda tablanan yazımda, özəlliklə deginin başında – gətirilməməsi gərəkdiyi halda – iki hətta üç ünsüzün gətirilməsi kimi bütünüylə yanlış olan durumlarla qarşılaşırıq:

 

Avstriya (Avusturya), konfrans (ķonferans), plаn (pılan), plov (pilov, pılav), prinsip (pirinsip), prioritet (piriyoritet), problem (pıroblem), proqram (pıroqram), qrаmmаtik (qıramatik), qrup (qurup), Rzа (Rıza), srağa (ısrağa), stəkan (istəkan), strateji (istirateji), struktur (ısturuktur), Tbilisi (Tibilisi), Nyu-York (Niyu York), Vyana (Viyana), Хristiаn (Xırıstiyan)

 

  yazilib  چهارشنبه ششم شهریور 1387saat 20:37   اؤيرنجي  | 
 
  POWERED BY BLOGFA.COM