تبليغاتX
اویرنجی حرکاتی - آراشدیرما مرکزی - Quzey’in Azərbaycanca’sı Güney’in Türkcə’si (2)
 
azoyrenci_herekati@yahoo.com گله جک بیزیمدیر
 

Quzey’in Azərbaycanca’sı

Güney’in Türkcə’si (2)

Mehran Baharlı

 

Elgün-05 Ocaq- 2008- Siçan İli

 

“Aa” və “iİ” biçiklərini yanyana gətirmək: Azərbaycan Buduncunun tabladığı yazımda, Rus yazımına uyaraq arxa arxaya gələn “i" və “a”larla qarşılaşırıq. Oysa bunların arasında kəsinliklə bir “y” biçiyi artırılmalıdır. (Yabancı olan bu degilərin çoxunun dilimizdə Türkcə qarşılığı var olduğundan dolayı, işlədilmələrinə gərək yoxdur):

 

аid (âyid), auksioner (aķsiyoner), biоqrаf  (biyoqraf), dair (dâyir), dialekt (diyalekt), dialoq, (diyaloq), diaspor (diyaspor), fiasko (fiyasķo), funksioner (funķsiyoner), institusional (institusiyonal), İordaniya (İyordaniya), kаinаt (kâyinat), konfedensial (ķonfedensiyal), konvension (ķonvensiyon), material (materiyal), media (mediya), nail (nâyil), potensial (potensiyal), prioritet (piriyoritet), prоfеssiоnаl (pırofesiyonal), radiasiya (radiyasiya), region (regiyon), social (sosiyal), tualet (tuvalet), variant (variyant), vəsait (vəsayit), zəif (zəyif), Xətai (Xətâyi)

 

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

 

Yanlışlıqla qoşalanan biçiklər: Azərbaycan Buduncunda tablanan yazımda, Rus qaynaqlı degilərdəki qoşa biçiklər Türk dilimizin yazımını pozmaq bahasına olsa da, tayınca qorunur. Oysa Türkcə yazımında bunlar kəsinliklə tək bir biçik olaraq göstərilməlidirlər, uçra tək səslə söylənirlər. (Yabancı olan bu degilərin çoxunun dilimizdə Türkcə qarşılığı var olduğundan dolayı onların işlədilməsinə gərək yoxdur):

 

akkord (aķord), assambleya (asambleya), assosiasiya (asosiyasiya), attaşe (ataşe), brüssel (Bürüsel), dollar (dolar), effektiv (efektiv), intellektual (inteleķtual), klassik (ķılasik), kollektiv (ķolektiv), komissar (ķomisar), komissiya (ķomisiya), korrupsiya (ķorupsiya), lobbi (lobi), missiya (misiya), professor (pırofesor), prosse (pırose), qrammatik (qıramatik), rejissor (rejisor), repressiya (represiya), sessiya (sesiya), ssenari (senari), terror (teror)

 

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

 

Tirə’nin (-) yanlış qullanımı: Azərbaycan Buduncunda tablanan yazımda tirə imi (defis işarəti) çox geniş bir şəkildə və çox vaxt da gərəksiz yerə qullanılmaqdadır:

1- Tirə’ni ad tamlamarında (izafi tərkiblərdə) yanlış qullanmaq: Azərbaycan Buduncu yazımında “i" səsi verən Farsca söz birləşmələrindəki kəsrə, ilk degiyə yapışdırılıb və ondan sonra bir “-“ imi artırılaraq iki degi birbirinə bitişik yazılır. (tərzi-hərəkət) Bu, məntiq baxımından yanlış olmaqla birlikdə, uzun bir tərkibin törədilməsinə nədədn olur. Bu sorun özəlliklə söz birləşməsinin ikidən artıq degidən oluşduğu vaxtlar, örnəyin (məsələn) “pənbeyi-daği-cunun”, “tarixi-ali-osman” söz birləşmələrində olduğu kimi, özünü daha görksüz və qabarıq biçimdə göstərir. Bu yöntəm yanlışdır və ad tamlamalarındakı degilər birbirinə bitişik yazılmalıdırlar, ayrıca tirə (-) ilk degi və ondan sonra gələn “-i" arasına artırılmalıdır.

bərgi-gül (bərg-i gül), həddi-buluğ (hədd-i buluğ), nəzmi-nazik (nəzm-i nâzik), nöqteyi-nəzər (nöqte-yi nəzər), pənbeyi-daği-cunun (pənbe-yi dâğ-i cunun), qeyri-adi (qeyr-i âdi), qeyri-bərabər (qeyr-i bərâbər), qeyri-fars (qeyr-i Fars), sui-istifadə (su-i istifâdə), tarixi-ali-osman (Târix-i âl-i Osman), tərcümeyi-hal (tərcümə-yi hal), tərzi-hə rəkət (tərz-i hərəkət)

                                                                                                    

2- Tirə’ni birləşik degilərdə qullanmaq: Azərbaycan Buduncu yazımında, bir çox yerdə işlədilməsinə gərək olmayan durumlarda tirə imi qullanılır:

 

ola-ola (ola ola), düsüb-düsməyəcəyi (düşüb düşməyəcəyi), edilib-edilməməsi (edilib edilməməsi), bir-biri ilə (birbiri ilə),

 

3- Qıssaldılmış adlarda gərəksiz tirə imi: Azərbaycan Buduncu yazımında, bir sıra sözlərin qıssaldılmış biçimində, sözün düşən orta bölümü yerinə tirə imi qoyulur. Örnəyin “doķtor”un qıssaldılmış biçimi olan “dr” yerinə, “d-r” yazılır. Bu yöntəm gərəksiz və uyqunsuzdur.

 

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

 

Özəl adları böyük biçiklərlə başlamamaq: Azərbaycanda tablanan yazımda, özəl adlar çox vaxt kiçik biçiklərlə başladılır. Oysa bütün özəl adların böyük biçiklərlə başlaması gərəkir:

 

azərbaycan (Azərbaycan), ərəb (Ərəb), fars (Fars), ingilis (İngilis), islаm (İslam), rus (Rus), türk (Türk), türkiyə (Türkiyə)

 

Târixi şəxsiyətlərin adlarındakı aşal (rütbə), taxma ad (ləqəb) və bənzərləri: Azərbaycan Buduncu yazımında, târixi şəxsiyətlərin adlarında gələn “Mirzə”, “Şah”, “Ağa”, “Xan”, “Xanım” və bənzəri aşal, taxma ad və ..... ikinci sırada gəlincə, kiçik biçiklərlə yazılır. Oysa bunlar o şəxsiyətlərin adlarının bir bölümüdür və böyük biçiklərlə yazılmaları gərəkir:

 

Abbas mirzə (Abbas Mirzə), Nadir şah (Nâdir Şah), Abbasqulu ağa (Abbasqulu Ağa), Fətəli xan (Fətəli Xan), Heyran xanım (Heyran Xanım)

 

Târixi şəxsiyətlərinin adlarını Farsca yazma alışqanlığı: Azərbaycan Buduncu görkül dilində, bir sıra târixi şəxsiyətlərin adları Fars biçimi təməl alınaraq və yanlış yazılır. Örnəyin “Bâbək” adı uzun â ilə söylənib qıssa a ilə yazılır. Oysa Farsca kökənli Bâbək adının doğru yazılışı, söyləndiyi kimi uzun â ilə olmalıdır (Bu adın Türkcəsi Baybək’dir). Habelə Türk xaqan, ərklət və soysopların (sülalərin) çoxunun adı da Farsca biçimi ilə yazılır. Örnəyin “Səlcuqi” (Səlcuqlu yerinə), “Qəznəvi” (Qəznəli yerinə), “Səboktəkin” (Sübək Tigin yerinə)

 

Babək (Bâbək, Baybək), Еlхаni (Elxanlı), Səboktəkin (Sübək Tigin), Səlcuqi (Səlcuqlu), Qəznəvi (Qəznəli), Yusif (Yusuf), Yunis (Yunus)

 

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

 

Yanlış yazılan coğrâfi adlar: Azərbaycanda işlədilən yazımda Rus dilindəki biçimlərə bağlı qalmaq nədəni ilə, çoxu zaman coğrâfi adların yanlış yazıldığını görürük. Adların yanlış yazılışı, Türk kökənli və ya Azərbaycan coğrâfi adlarında da görülür:

 

Bolqarıstan (Bulqarıstan), Musеl (Musul), Qəzza (Qəzzə), Urmiyа (Urmu), Yerevan (İrəvan)

 

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

 

Qıssaldılmış adlardan sonra ara verməmək: Azərbaycanda tablanmış yazımda qıssaldılmış adlardan sonra gələn dura (nüqtə) və ondan sonrakı degi arasında ara (fâsilə) verilmir. Bu yanlışdır və qıssaldılmış kəliməni göstərən biçikdən sonra gələn dura ilə ondan sonrakı degi arasında bir ara verilməlidir:

 

A.Əmrahoğlu (A. Əmrahoğlu), Ə.Sеyidоv (Ə. Sеyidоv), H.Əhmədоv (H. Əhmədоv), N.Mоllаyеv (N. Mоllаyеv)

 

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

 

 “Qq”ləri “Ğğ” yazıb söyləmək: Azərbaycan görkül dilində Fars səsbilimi (fonetiyi) etgisi ilə, Q’lərin bir çoxu yanlış olaraq Ğ şəklində söylənir və yazılır:

 

Kаşğаri (Ķaşqarlı), sayğı (sayqı), sorğu (sorqu), uyğun (uyqun), Uyğur (Uyqur), vurğu (vurqu)

 

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

 

 “Kk”ləri “Hh” vəya “Yy”, “Qq”ləri “Xx” olaraq söyləmək: Azərbaycan görkül və özəlliklə sözəl dilində kəlimə sonundakı “K”lərin çoxu “H” vəya “Y” olaraq söylənir. Örnəyin “etmək” yerinə “etməy”, “yüksək” yerinə “yüksəh”, “bilmərik” yerinə “bilmərih”, “gəldikdən” yerinə “gəldihdən”, “eyləməliyik” yerinə “eyləməliyih”, “maraq” yerinə “marax”. Bu isə görkül dili yerəl ağızlar düzeyinə çəkərək, onu son dərəcə görksüzləşdirir (çirkinləşdirir).

 

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

 

Biləşik eyləmləri (mürəkkəb fe’lləri) aralı yazmaq: Azərbaycan yazımında “-bilmək” yardımcı eyləm-əki ilə oluşdurulan biləşik eyləmlər aralı yazılır. Bu yanlışdır, uçra aralı yazılan “bilmək” eyləmi (bilgili olmaq) anlamındadır. Oysa biləşik eyləmlərdəki “-bilmək” eyləmi, ək görəvini üstlənmiş və bacarmaq anlamındadır. Belənçi eyləm-əklər, Türkiyə Türkcəsində olduğu kimi fe’lə yapışıq yazılmalıdır:

 

ola biler (olabilər), verə bilmir (verəbilmir)

 

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

 

Avrupa qaynaqlı sözlərin sonuna gətirilən gərəksiz “a” lar: Azərbaycan görkül dilində Rus dili etgisi sonucunda çox sayıda Avrupa qaynaqlı degilərin sonuna “a” azı “ya” gətirilir. Bu, Güney dili üçün tanış olmayan durum və gərəksiz yükdür.

 

akademiya (aķademi), forma (form), formula (formul), norma (norm), partiya (parti),

 

==========================================

Dilbilgisi Sorunları

==========================================

 

Azərbaycan görkül dili, dilbilgisi (qıramer) baxımından da Farscanın ağır etgisi altındadır. Bu ağır etgi, Azərbaycancanın Türk dilbilgisinə tərs olan bir çox Farsca nəhv ilkə (qayda) və qurallarını mənimsəməsinə gətirib çıxartmışdır. Bu sayrılıqlı olqu özünü Farsca “ki”, “bə” kimi ilgəçlərin geniş biçimdə işlədilməsi, Türkcə “mi”nin işlədilməməsi, səs uyumuna uymamaq, ... kimi durumlarda ortaya çıxır. (Bunların böyük bir bölümü -dilin yozlaşması, xalqın Farslaşması bəlirtisi olaraq- Güneydə danışılan ləhcələrdə də görülür):

 

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

 

Farsca “ki” ilgəçini (ədatını) işlətmək: Azərbaycan Buduncunun yazılı və sözəl dilində Farscanın ağır etgisindən dolayı, Farsca “ke” ilgəçi olağanüstü geniş bir ölçüdə qullanılır. Bu isə bütünüylə dilimizin Türk kimliyini pozur və görkül baxımdan ona ilkəl və görksüz bir görüntü verir. Türkcədə Farsca “ke” ilgəçi çox seyrək olan gərəkli durumlar dışında qullanılmamalıdır.

 

Örnəyin: “Gəldim ki sizi görəm” (doğrusu: “Sizi görməyə gəldim”), “Nâzir təkzib etdi ki hâdisədən xəbəri yoxdu”  (doğrusu: Baxan olaydan xəbəri olmadığını yalanladı), ....

 

Ayrıca Azərbaycancada sıxlıqla “ke” ilgəçindən yararlanaraq yapılmış bir sıra kipləşmiş (qalıblaşmış) cümlələr işlədilir. Örnəyin “qeyd etmək lazimdir ki”, “xatırladaq ki”, ... Gərəksiz və anlamsız olan bu qalıblaşmış cümlələri qullanmanın, mətləbi uzatmaq və görksüzləşdirməkdən başqa idi bir yararı yoxdur:

 

Qеyd еtmək lаzımdır ki, Bunu dа xatırladaq ki, Qeyd edək ki

 

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

 

Farsca “be” (bə) ilgəçini yayqın olaraq işlətmək: Azərbaycan Buduncunun görkül dilində Farscanın ağır etgisindən dolayı Farsca “be” (bə) ilgəçi genişcə işlədilir:

 

cürbəcür (türlü, çeşitli), günbəgün (gündən günə), ilbəil (ildən ilə), növbənöv (türlü, çeşitli), tekbetek (təkətək)

 

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

 

Farsca “ta” ilgəçini işlətmək: Farscanın ağır etgisi altında çabalayan Azərbaycancada, arasıra Farsca “ta” ilgəçi işlədilir. Örnəyin "tа ХХ əsrin əvvəlinə qədər". Bu cümlənin Türkcəsi belə olmalıdır “XX inci yüzilin başlanqıcına dək

 

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

 

Türkcə degileri yanlış yapılarda işlətmək: Azərbaycan Buduncunda bir sıra Türkcə degilər, yanlış anlam azı yapıda işlədilir. Örnəyin “sayı” yerinə yanlışlıqla saymaq eyləminin (fe’linin) əmr kipi olan “say’, “bildiri” yerinə yanlışlıqla eyləm adı olan “bildiriş”, “azıq” yerinə yanlışlıqla Farsca biçimi olan “azuqə”, “çatışmazlıq” yerinə yanlış yapılı olan “çatışmamazlıq”, “anma” yerinə ginələnməyən (təkrarlanmayan) durumları bildirən -im əki ilə yapılmış “anım” işlədilir.

 

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

 

Səs Uyumu Yasasını Pozmaq: Səs uyumu yasası, Türkcənin ən təməl yapı daşlarından biridir. Bu yasa ilə dilimizə girən hər yabancı sözcük, Türkcələşib bizimkiləşir. Ancaq Azərbaycan Buduncunun yazımında və dilində özəlliklə bir sıra Ərəb və Fars kökənli degilərin yazılış və söylənişində, dilimizin səs uyumu yasa və quralları heçə sayılır və gobudca pozulur. Səs uyumu yasası süzərisindən geçməyən bu degilər, gerçəkdə dilimizi elik edir və Türkcəni o yabancı dillərin boyunduruğu altına soxur:

 

büllur (bulur), büruz (buruz), çünki (çünkü), divar (duvar), dosye (dosya), hаzırki (hazırkı), hökumət (hökümət), hücum (hucum), hüquq (huquq), güruh (quruh), lаzımi (lâzimi), lüzum (luzum), mövcud (movcud), mövhumаt (movhumat), mövzu (movzu), müasir (muasir), müayinə (muayinə), nöqsan (noqsan), nücum (nucum), nüfuz (nufuz), nümayəndə (numahəndə), nümunə (nümünə), qürur (qurur), qüsur (qusur), rüsum (rusum), sübut (subut), sükut (sukut), şüur (şuur), ümum (umum), ünvan (unvan), üsul (usul), üsyan (usyan), xüsusi (xususi), хüsusiyyət (xususiyyət)

 

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

 

Mi” soru ilgəçini işlətməmək: Azərbaycan Cumhuriyətinin görkül dilində, Fars dilinin ağır etgisi sonucunda, soru ilgəçi olan “mi” gənəlliklə işlədilmir, işlədildiyində də yanlışca işlədilir:

 

1- “Mi”nin işlədilməmə örnəkləri: “Mi”, haqqında soru sorulan nəsnədən sonra gəlməlidir: "Sən də?” (doğrusu “Sən də mi?”), “Olacaq?” (doğrusu “Olacaq mı?”), “Hamını çağırdız?” (doğrusu “Hamını çağırdınız mı?,  Hamını mı çağırdınız?”).

 

2- “Mi”ni yanlış işlətmə örnəkləri: “Bilərikmi?” (doğrusu “bilərmiyik?”). “Mi” eyləmlərdə məsdərin ilk çəkimindən sonra gəlməlidir (“bilər”dən sonra, “bilərik”dən sonra deyil).

 

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

 

 “-sa” əkinin yanlış işlədilməsi: Azərbaycan Buduncunun (Cumhuriyətinin) dilində “-sa” əki bir sıra hallarda (Ruscanın etgisi və Türkcə dilbilgisinə yetərincə tanış olmamaq sonucunda) yanlış qullanılmaqdadır, “hansısa” kimi tərkiblər isə doğrudan Ruscadan alıntı-çeviridir:

 

"gedirəmsə" (doğrusu “gedirsəm”dir); “içmirsənsə "(doğrusu “içmirsən”dir. “İçmirsən” özü şərtidir və ikinci kəz “sa” qoşul (şərt) əkini alabilməz. Bu yanlış kip, Güney ağızlarında da yayqındır). “anlayırıqsa” (doğrusu “anlayırsaq”dır).

 

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

 

Çoxulu təkil yerinə işlətmək: Azərbaycan Buduncunun görkül dilində çox sayıda Ərəb kökənli çoxul kəlimə, yanlış olaraq təkil (müfrəd) anlamında işlədilir və bu üzdən də ikinci kəz çoxullaşdırılır:

 

hüquqları (haqları), tələbаtlar (tələblər), ləvazimatlar (ləvazim), mənafеlər (mənfəətlər), melumatlar (mə’lumat), luğatlar (lüğətlər), tədqiqatlar (tədqiqlər), təşkilatlar (təşkilat)

 

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

 

Yenicə törədilmiş uyqunsuz degi və tərkiblər: Azərbaycan Buduncu görkül dilində, çox sayıda uyqunsuz, yanlış anlamda işlədilən, fəsahət və bəlaqət açılarından olduqca yoxsun, görklülük baxımından sorunlu olan degi vardır. Bunlar Azərbaycan Buduncunda törədilən yenidegilərin böyük bir bölümünü qapsayır:

 

Örnəyin “qılavuz” yerinə Farsca-Türkcə qarışımı “bələdçi”, “çarpı” yerinə gülünc görünən “vurulsun” (“üç çarpı iki” yerinə “üç vurulsun iki”), “sözlük” yerinə yanlışlıqla işlədilən “lüğət” (“lüğət” söz anlamındadır, sözlük deyil), “əksi” yerinə işlədilən “çıx” (“beş əksi iki” yerinə “beş çıx iki”), “artı” yerinə fəsahət və bəlağətdən olduqca uzaq olan “üstəgəl” (“dörd artı beş” yerinə “dörd üstəgəl beş”) “yüzdə” yerinə “faiz”, “yırçı” və “yırar” yerinə “müqənni” və “xanəndə”, “uydu” yerinə “peyk”, “aday” yerinə Farscada adaqlı anlamında işlədilən “namzəd”, “başkənd” yerinə “paytaxt”, “göstəri” yerinə “nümayiş”, “öyrənci” yerinə Farscada mollaxana məktəblərində oxuyan anlamında olan “tələbə”, “oxul” yerinə mollaxana anlamında olan “məktəb” bu kimi uyqunsuz olan degilərdən bir neçəsidir.

 

Aşırı uzun olan törətilər:  Azərbaycancada daha yığcam və qıssa degilər yerinə, gənəldə əlverişsiz olan aşırı uzun degilər işlətməyə meyil vardır:

 

Örnəin “ək” yerinə daha uzun olan “şəkilçi”, “duraq” yerinə “dayanacaq”, “darqınc” yerinə “huzursuzluq”, “adıl” (zəmir) yerinə “əvəzlik”, “qızılay” yerinə “qırmızı aypara”, “tarım” yerinə “kənd təsərrüfatı”, “ayrım” yerinə “ayrı seçkilik”,...

 

Yanlış yeni törəti (neolojism) yapımı: Azərbaycan görkül dilində bir sıra yanlış degi törədilmişdir:

 

 “Uluslararası” anlamında və “Beynəlxalq” biçimində bir degi törədilmişdir. Bu törətinin doğrusu “Beynəlxalqlar” (Beynəlmiləl kimi) olmalı idi.

 

 “Mümkünsüz” biçimində və “olanaqsız” anlamında bir degi törədilibidir. Bu yapı yanlışdır və doğru degi “İmkansız” olmalı idi.

 

beynəlxalq (uluslararası), mümkünsüz (olanaqsız)

 

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

 

 “Adına” kəliməsi artırılaraq yapılan qurumların uyqunsuz adları: Azərbaycan Buduncunda qurumları ünlü bir şəxsiyət adı ilə adlandıranda, “Adına” degisi ayrıca o qurumun adına artırılır. Bu uyqulama, gərəksiz olmaqla birlikdə, adın uzunlaşmasına nədən olur. Örnəyin “Nəsimi Dilçilik İnstitutu” yerinə “Nəsimi Adına Dilçilik İnstitutu” deyilir. Oysa “Nəsimi Dilçilik İnstitutu”ndan hamı qolyaca buranın Nəsim’in deyil, Nəsimi adına adlandırılmış bir qurum olduğunu başadüşür və “Adına”degisinin ayrıca artırılmasına gərək qalmır, “Atatürk Dil və Tarix Qurumu” adında olduğu kimi.


Nəsimi adına Dilçilik İnstitutu (Nəsimi Dilçilik İnstitutu), M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası (M. Maqomayev Azərbaycan Dövlət Filarmoniyası), Heydər Əliyev adına Bakı Beynəlxalq Aeroportu (Heydər Əliyev Bakı Uluslararası Havaalanı), M.Mirqasımov adına Respublika Klinik Xəstəxanası (M. Mirqasımov Respublika Kilinik Sayrıevi)

 

=========================================

Sözdağarcığı Sorunları

=========================================

 

Azərbaycanca dilində bir yandan Türkcənin quralları əsasında yenidegilər (neolojismlər) törətmə sürəci durdurulmuş, bir yandan da dilimizdə var olan çox sayıda Türkcə degi, özbaşınalıqla bayrı damqası yiyərək yazılı və danışıq dillərindən dışlanmışdır. Beləcə bu iki yöntəmlə yoxsullaşan dilimiz, yabancı Fars, Ərəb və Rus dilləri qabağında savunmasız bıraxılaraq onlardan gələn degilərin axınına (hucumuna) uğratılmışdır. Bunun sonucunda isə bugün Azərbaycan Buduncunun yazılı və tuğralı dili - xalqın varsıl və köklü dilinin tərsinə - bütün çınbilim, jurnalism, görksöz, bilim, uzluq, .... alanlarında tıxabasa və ölçüsüz bir biçimdə Farsca, Ərəbcə və Rusca sözcüklərlə doldudur. Bu dilin Güney’ə özgün Türkcə degilər, özəlliklə yenicə törədilmiş kəlimələr açısından, verəbiləcəyi, qazandırabiləcəyi bir şey yoxdur:

 

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

 

Farsca ilgəçləri qullanmaq: Azərbaycandada Türkcə yerinə, Farsca ilgəçlərin işlədilməsi, bu dilin dərindən soysuzlaşma və pozulmağa üz tutduğunun ən önəmli qanıtıdır. Bu dildə yaxlaşıq bütün ilgəçlər, Farsca kökənlidir. Bunların yerinə Türkcə var olanlar qullanılmadığı kimi, yenilərinin törədilməsinə də önəm verilməmişdir.

 

bahəm (birgə, birlikdə), bundan əlavə (artı, ək olaraq), çünki (uçra), halbuki (oysa), həmçinin (bir də, habelə), hərgah (qalı), istiqamətdə (doğrultuda), munasibətilə (dolayısıyla), nəinki (deyil), xeyli (çox), yaxud (azı)

 

 ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

 

Türkcə degilərin yerinə gərəksizcə Rusca sözcüklər işlətmək: Azərbaycancada dilimizdə qarşılıqları olduğu halda, gərəksiz yerə çox sayıda Rus-Avrupa qaynaqlı degilər işlədilir, bu isə dilimizi yoxsullaşdırır:

 

aksiya (eyləm), aktual (güncəl), alpinist (dağçı), aparat (ayqıt), aptek (əmçi), astronomiya (göybilimi), avanqard (öncü), destruktiv (yıxıcı), diametr (çap), diaqnoz (tanı), direktor (yönətmən), diskont (indirim), diviziya (tümən), ekstremizm (aşırılıq), ekvivalent (eşdəyər), elastik (əsnək), etnologiya (budunbilim), fauna (doğay, direy), fonetika (səsbilim), form (biçim), harmoniya (uyum), histologiya (toxubilim), improvizasiya (doğaç), instinkt (içgüdü), investisiya (yatırım), jurnal (dərgi), komissiya (qurum), konservativ (tutucu), konstitusiya (anayasa), krılo (çamırlıq), krossvord (bulmaca), kurort (qaplıca), marşrut (dolmuş), material (gərəç), memuar (anıt), modern (yenicil), monopoliya (təkəl), narkotik (uyuşdurucu), nevrologiya (sinirbilim), okeanoqrafiya (dənizbilim), orbit (yörüngə), original (özgün), pansion (yatılı), paralel (qoşut), paştet (əzmə), piroq (börək), planet (gəzəgən), plomb (dolqu), plüralizm (çoxulçuluq), pоеmа (qoşaq), pоеziyа (qoşuq), prinsip (ilkə), problem (sorun), profilaktik (önləyici), prokuror (savcı), qalstuk (boyunbağı), qrammatika (dilbilgisi), radiasiya (ışınım), radius (yarıçap), reaksiya (təpki), respublika (budunc), resenziya (ələşdiri), seysmologiya (tərpəm bilimi), sinonim (eşanlamlı), sistem (düzgə), situasiya (durum), stajer (yetişmən), struktur (yapı), treninq (eyitim), velosiped (yelatı), xroniki (sürəgən),

 

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

 

Gərəksiz yerə işlədilən Farsca və Ərəbcə sözcüklər: Azərbaycan Buduncunun görkül və yazılı dilində Türkcəmizdə - həm görkül bətiklərimizdə və həm budun dilində - var olan yüzlərcə, minlərcə deginin yerinə Farsca və Ərəbcə sözcükləri işlətmək gənəl bir qural və köklənmiş bir dəb-özənti halına gəlmişdir:

 

abidə (anıt), alim (bilgin), aşkar (aydın), ахırıncı (sonuncu), ахırlаrındа (sonlarında), bərаbər (birgə, birlikdə), bəyanat (deməc), cavab (yanıt), dаvаmiyyət (sürəklilik), daxili (), digər (başqa, ötəki), düşmən (yağı), еlm (bilim), əhаtəli (qapsamlı), əhəmiyyət (önəm), əhəmiyyətli (önəmli), əleyh (qarşı), əmin (arxayın), ənənə (gələnək), ətraf (çevrə), faiz (yüzdə), fikr (düşüncə), günah (suç), güzəran (geçim), hаdisə (olay), həyat (yaşam), hiss (duyu), hissə (pay, bölük), hörmət (sayqı), inkаrеdilməz (danılmaz), inkişaf (gəlişim), istintaq (soruşdurma), kаmаn (yay), kəmər (qayış), kənar (qıraq), kifаyət (yetər, yetərli), matəm (yas), məhz (yalnız, iştə), məktəb (oxul), məna (anlam), mənbə (qaynaq), məqsəd (amac, erək), mərasim (törən), mərtəbə (qat), məsələ (sorun), məşhur (ünlü, adlım), mətbuat (basın), mətləb (qonu), məxfi (gizli), mis (paxır), möhtəşəm (görkəmli), mövqe (qonum), müasir (çağdaş), müdrik (bilgə), müəllim (öyrətmən), münaqişə (çəkişmə), mübadilə (deyiş-toqquş), müdərris (oxutman), müddət (sürə), müəssisə (qurum), müharibə (savaş), mühаsirə (quşatma), mühit (çevrə), müqabilində (qarşılığında), müraciət (başvuru), müşahidəçi (gözləmçi), mütəfəkkir (düşünür), mü­tə­rəqqi (ilərici), mütəхəssis (uzman), müvаfiq (uyqun), müvəffəqiyyət (başarı), müvəqqəti (geçici), namizəd (aday), nazirlik (baxanlıq), nəhəng (qocaman), nəsihət (öyüd), nəticə (sonuc), nizə (süngü), nümayiş (göstəri), pаdşаh (xaqan), pаytахt (başkənd), prоsеs (sürəc), pul (aqça), qanunsuz (yasadışı), qədər (dək, dənli), qələbə (utqu), qiymətli (dəyərli), qüvvə (güc), sabiq (geçmiş), sahə (alan), saziş (anlaşma), səhiyyə (sağlıq), səhv (yanılqı), sənəd (bəlgə), səy (çaba), səyyah (gəzgin), sitаyiş (övgü), sual (soru), sülh  (barış), şərik (ortaq), şərq (doğu), şərt (qoşul), təbiət (doğa), tədqiqаt (incələmə), təfərrüаt (ayrıntı), təhlükəsizlik (güvənlik), təkаmül (evrim), tələbə (öyrənci), tərcümə (çeviri), təsir (etki), təşəbbüs (girişim), təхminən (yaxlaşıq), töhfə (sovqat), üzv (üyə), vəziyyət (durum), хаrici (dış), xatirə (anı), xərçəng (yengeç), хətа (yanlış), xizək (qayaq), xoşbəxt (mutlu), хudbin (məncil), yаddаş (bəllək), zəlzələ (tərpəm), zəruri (gərəkli),

 

  yazilib  چهارشنبه ششم شهریور 1387saat 20:41   اؤيرنجي  | 
 
  POWERED BY BLOGFA.COM