azoyrenci_herekati@yahoo.com گله جک بیزیمدیر |
Quzey’in Azərbaycanca’sı
Güney’in Türkcə’si (3)
Mehran Baharlı
Elgün-05 Ocaq- 2008- Siçan İli
Türkcəsi var olan eyləmliklər (məsdər) yerinə Farsca eyləmlər: Türkcə özəlliklə sayıları yüzminləri aşmış eyləmləri ilə ünlü bir dildir. Ancaq Azərbaycancada, dilimizdə var olan Türkcə eyləmliklər dışlanaraq, onların yerinə Fars və Ərəb sözcüklərdən oluşmuş birləşik məsdərlər işlədilir:
- Gərəksiz olan biləşik eyləmlər (mürəkkəb fe’llər): Azərbaycancada, Türkcədə var olan çoxu yalın (sadə) eyləmliklər yerinə, Farsca və Ərəbcə sözcüklərdən oluşmuş bir sıra biləşik qarma fe’llər işlədilir. Bunların çoxu doğrudan Fars dilindən alıntı-çeviridir:
bəxş etmək (bağışlamaq), dахil оlmaq (girmək), əhatə etmək (qapsamaq), əks оlunmaq (yansımaq), əksini tаpmaq (yanqılanmaq), fəаliyyət göstərmək (çalışmaq), fəxr etmək (qıvanmaq), hеsаb еtmək (saymaq), həll etmək (çözmək), həsr etmək (adamaq), həyata keçirmək (gerçəkləşdirmək), ilhamlanmaq (əsinlənmək), imtina etmək (boyun qaçırmaq), istehsal etmək (ürətmək), iştirak etmək (qatılmaq), ithaf etmək (armağan etmək), izah etmək (açıqlamaq), mühаcirət еtmək (köçmək), müəyyən etmək (bəlirləmək), nəşr еtmək (yayınlamaq), sübut etmək (qanıtlamaq), təsis еtmək (qurmaq), tədqiq еtmək (incələmək), təngnəfəs olmaq (bunalmaq), təqdim etmək (sunmaq), təşkil etmək (oluşdurmaq), tətbiq etmək (uyqulamaq), vаqе оlmaq (bulunmaq), xəbərdarlıq etmək (uyarmaq), zənn etmək (sanmaq), ……
- Türkcə əkli Farsca Ərəbcə fe’llər: Bir sıra durumlarda var olan Türkcə eyləmlikləri işlətmək yerinə, Ərəbcə və Farsca köklərə Türkcə əklər artırılaraq gərəksiz yeni məsdərlər törədilmişdir:
aşkarlanmaq (aydınlanmaq), bəhrələnmək (yararlanmaq), əlaqələndirmək (ilgiləndirmək), əzizləmək (ağırlamaq), fоrmаlаşmaq (biçimlənmək), kifayətlənmək (yetinmək), mənzillənmək (qonuşlanmaq), məskunlаşmaq (yerləşmək), müqəddəsləşmək (qutsallaşmaq), nəticələnmək (sonuclanmaq), qidаlаnmaq (bəslənmək), qiymətləndirmək (dəyərləndirmək), rastlaşmaq (qarşılaşmaq), rеаllаşmаq (gerçəkləşmək), sadalamaq (səsləndirmək), təqsirlənmək (suçlanmaq), xahiş etmək (ötünmək), xatırlamaq (anmaq), ……
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Yerləşmiş Farsca sözlər: Azərbaycancada Türkcə olaraq görülən bir sıra yerləşmiş Farsca sözlər vardır. Farsca kökənli olan “Çirkin”, “Dəstək- Dəstəkləmək” və “Zəngin” kəlimələri bunlardan bir neçəsidir. Bunların yerinə Türkcə olan sırasıyla “Görksüz” (Görklü = gözəl), “Umuqlamaq” (Umuq = dəstək) və “Varsıl” (Yoxsul kimi) sözcükləri işlədiləbilər.
Çirkin (görksüz), dəstəkləmək (umuqlamaq), zəngin (varsıl)
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Türkcə əkli Farsca-Ərəbcə qarma törəti sözlər: Azərbaycancada daha qıssa və daha görklü olan doğma Türkcə degiləri işlətmək yerinə, Türkcə əklərin yardımı ilə Farsca və Ərəbcə köklərdən yeni sözcük yapımı və işlədilməsinə üstünlük verilir.
1- “-lik” əki ilə:
həmrəylik (dayanışma), müxtəliflik (çeşitlilik), mövcudluq (varlıq), rəhbərlik (başxanlıq), səfirlik (elçilik),
2- “-çi” əki ilə:
bələdçi (qılavuz), mühafizəçi (qoruma), müşahidəçi (gözləmçi), təqaüdçü (əməkli), tərcüməçi (çevirmən)
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Farsca kəlimə-əkləri qullanmaq: Azərbaycan Buduncunda “yenidegilər” (neolojismlər) törədərkən, baş vurulan yöntəmlərin biri də, Türkcə ək və degilər yerinə çox geniş ölçüdə hətta ölçüsüz bir biçimdə Farsca sözcük və əklərdən yararlanmaqdır. Bu isə bütünüylə dilimizin gəlişim, sağlamlıq və bütünlüyünə tərs olan bir tutumdur.
Farsca önəklər:
“Na-“ və “Bi-“ önəkləri: Bu Farsca önəklərinin Türkcədəki qarşılığı “-siz” sonəkidir. Ancaq bir çox durumda bu sonəklə yeni degi yapmağa gərək yoxdur, uçra Türkcəmizdə ilgili sözü qarşılayacaq özgün kök degilər vardır:
biabır (abırsız), bitərəf (çəkinsər), nadinc (darqınc), nahaq (haqsız), naməlum (bəlirsiz), narahat (rahatsız), natəmiz (kifir, pis, kirli)
“Həm-“:
həmfikir (dayanışıq), həmkar (əməkdaş), həmkəndli (kənddəş), həmrəylik (dayanışma),
Başqa Farsca önəklər: Azərbaycan Cumhuriyəti dilində, degi yapımında “bəd-“, “kəm-“, “xoş-“ kimi başqa bir sıra Farsca önəklər də işlədilir:
bədxassəli, kəmşirin, xoşagəlməz (dadsız), xoşbəxt (mutlu, qutlu)
Farsca sonəklər:
“-i" əki: Bunların çoxu doğrudan Fars dilindən alıntıdır:
bənövşəyi (ipgil), çəhrayı (al), dünyəvi (bundalı), gəncəvi (Gəncəli), ilxani (İlxanlı), qəhvəyi (qonur), qəznəvi (Qəznəli), səciyyəvi (özyapı), səcuqi (Səlcuqlu), şaquli (dikey), üfüqi (yatay)
“-xana” (xânə): Farsca olan bu sözcüyün çoxlu tərkiblərdəki Türkcə qarşılığı “-evi”dir.
heyvanxana (ılxıevi), ibadətxana (tapınaq), kitаbхаnа (pitikevi), mehmanxana (qonuqevi), mərizхаnа (sayrıevi), meyxana (çaxırevi), quşxana (quşevi, quşluq), rəsədxana (gözləmevi), yeməkxana (yeməkevi, yegievi)
“-şünas” (şenas): Farsca olan bu sözcüyün çoxlu tərkiblərdə Türkcə qarşılığı “-çi” vəya “-bilimci”dir.
dilşünas (dilçi, dilbilimçi), nəbаtаtşünаs (bitkibilimçi), sənətşünаs (uzluqçu, uzluqbilimçi), şərqşünаs (doğubilimçi), təbiətşünаs (doğabilimçi), .....
“-kar”: Farsca kar əkindən yararlanaraq törədilmiş bu degilərin bir bölümü, doğrudan Farscadan alınmış, ötəki bölümü isə Azərbaycancaya özəldir və Farscanın özündə bilə işlədilmir:
cinayətkar (câni), fədakarlıq (özveri), günahkar (suçlu), həvəskar (özəngən), inadkar (danqaz), peşəkar (uzman), sənətkar (uzlu), təcavüzkar (saldırqan), təşbbüskar (girişimci), təvazökar (alçaqkönüllü), xəyanətkar (satqın), xilaskar (qurtarıcı), …..
“-dar”: Bu Farsca əkin Türkcədəki qarşılığı “-li”dir.
əlаqədаr (ilgili), məhsuldar (verimli), xəbərdarlıq (uyarı), minnətdar (könülborclu), ….
“-vari” (vâri): Bu Farsca əkin Türkcədəki qarşılığı “-imsi”, “-si”, “-imtil”dir.
Buynuzvari (boynuzumsu), qalxanvari (qalxansı), yüngülvari (yüngül), üzükvari (üzükümsü),….
“-keş”:
tərəfkeş (yanlı), zəhmətkеş (əməkçi), qayğıkeş (qayqılı),…..
Başqa Farsca sonəklər: Azərbaycancada yuxarıda sıralananlardan başqa, yeni sözcük yapımında “-xor”, “-deh,” “-gah”, “-pəz”, “-namə”, “-pərvər”, “-pərəst”, “-gər”, “-güzar”, “-bəxş” kimi çox sayıda Farsca söz, ək olaraq - Türkcə qarşılıqları var ikən - qullanılır:
aşpaz (aşçı), atəşpərəstlik (odatapan), cаdugərlik (büyücü), cavabdeh (sorumlu), düzəngah (ova), işgüzar, kargər (işçi), müftəxor (bələşçi), müraciətnamə (diləkçə), nəyşəxor (bağımlı), qənaətbəxş (inandırıcı), qonaqpərvər (qonaqsevər), tərəqqipərvər (ilərici), xaçpərəst (xaçlı)
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Türkcə “-cıq” yerinə Farsca “-ça”nı işlətmək: Azərbaycan görkül dilində Farsca “-ça” əkindən geniş ölçüdə yararlanılmışdır. (“-ça” əkinin Türkcə olduğu önə sürülmüşsə də, çoxunluq onun Farsca kökənli olduğuna inanır.) Oysa bu əkin yerinə qolayca “-cıq” əki qullanılabilər
kitаbçа (kitabcıq)
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Farsca-Ərəbcə-Türkcə hibridlər: Bir sıra durumlarda Türkcəmizdə özgün və görklü qarşılıqları bulunmasının tabası, gərəksiz yerə Azərbaycancada Farsca-Ərəbcə-Türkcə qarışımı degilər törədilmişdir. Örnəyin “dayanışma” anlamında olan “həmrəylik” (Farsca “həm”, Ərəbcə “rəy”, Türkcə “-lik”), “çoxyönlü” anlamında olan “hərtərəfli” (Farsca “hər”, Ərəbcə “tərəf”, Türkcə “-li”), “yurdsevər” anlamında “vətənpərvərlik” (Ərəbcə “vətən”, Farsca “pərvər”, Türkcə “-lik”), “ötə yandan” anlamında olan “digər tərəfdən” (Farsca “digər”, Ərəbcə “tərəf”, Türkcə “-dən”) bu yöntəmlə törədilmişdir.
Digərtərəfdən (ötə yandan), həmrəylik (dayanışma), hərtərəfli (çoxyönlü), radioqəbuledici (alıcı), vətənpərvərlik (yurdsevərlik)
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Təməl sözcüklər üçün işlədilən Farsca-Rusca degilər: Azərbaycan görkül və tuğralı dilində, təməl sözcüklər Farsca və Rusca eliyi altındadır. Örnəyin Azərbaycanca adlandırılan qarma dildə, Türkcəsi var olan ılxı (heyvan) adlarından (“aslan” yerinə “şer”, “qaflan” yerinə “pələng”, “bars” yerinə “bəbir”, “doğan” yerinə “şahin”), boyalardan (“qonur” yerinə “qəhvəyi”, “ipgil” yerinə “bənövşəyi”, “al” yerinə “çəhrayı”), günlük yaşamda ən çox işlədilən kəlimələrə dək (“evet” yerinə Farsca “bəli”, “Tanrı qorusun” yerinə “xudahafiz”), hamısı Farsca, Farsca-Ərəbcə azı Ruscadır.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Yeddicə (həftə) günləri, ay və burc adları: Bölgə və budunumuz arasında çeşitli və köklü Türk yimləri vardır. Ancaq bağılsız Azərbaycan Buduncunda işlədilən tuğralı yim (təqvim), bunlarla ilgili olmayıb, ķoloniyal və Rus-Xırıstıyan kültürünə ayid bir yimdir. Quzey Azərbaycanda Rus-Xırıstıyan yimini işlətmək və Türk yimlərini qullanmamaq; yenicillik, yüksəklik, evrənsəllik və Pantürkismlə savaşım olaraq sanılır. Azərbaycan Buduncu yimində bütün ayların adları Rusca və yeddicə ilə başqa bir sıra önəmli günlərin adları da Farsca, azı Farsca-Ərəbcədir. Bu yim hər çeşit ulusal kimlik, Türklük izi və Azərbaycanlılıq bəlirtisindən yoxsundur. Azərbaycan Buduncu bu açıdan Güney və İran Türklüyü üçün ülgü və örnək olabilməz və orada işlək olan ķoloniyal Rus-Xırıstıyan yimi İranda xalqa təhmil edilən ķoloniyal Fars-Zərdüşt yimi kimi, Türk budunu və Güney Azərbaycan’ın yimi olmayıb və olmayacaqdır.
Aşağıda Türkcə yeddicə günləri, ay, burc və oniki ılxılı Türk yimi ilə Azərbaycan Buduncunda işlədilən bunların Farsca-Ərəbcə-Rusca qarma qarşılıqları verilmişdir:
Yeddicə günləri:
Başgün) bazaar ertəsi), Tozgün) çərşənbə axşamı), Odgün) çərşənbə), Ortagün) cümə axşamı), Yeygün) cümə), Elgün) şənbə), Aragün ) bazar)
Ay adları:
Ocaq) yanvar(, Boz) fevral), Yelin) mart), Qıraçan) aprel), Köç) may), Çiçək) iyun), Oraq) iyul), Biçin) avqust), Sıxman) sentiyabr), Əkim) oktiyabr), Ulusoyuq) noyabr), Aralıq) dekabr).
Dönəncə adları:
Yay (Bahar, İlkbahar), Yaz, Güz (Payız, Sonbahar), Qış.
Burc adları (ayırac içindəkilər Ərəbcə, Farsca və Latınca qarşılıqlardır):
Qoç (ariesحمل، بره، ), Boğa (taurusثور، گاو، ), İkizlər (geminiجوزا، دوپيكر، ), Yengeç (cancerسرطان، خرچنگ، ), Aslan (leoاسد، شير، ), Başaq (virgioسنبله، خوشه، ), Ülgü (libraميزان، ترازو، ), Çayan (scorpioعقرب، كژدم، ), Oxçu (saggitariusقوس، كمان، ), Oğlaq (capricorn جدي، بزغاله،), Qova (aquariusدلو، دول، ), Balıq (piscesحوت، ماهي، )
Oniki ılxılı Türk yimi (ayırac içindəkilər Farsca və İngilizcə qarşılıqlardır):
Sıçan (ratموش ), Sığır (oxگاونر ), Bars (يوزپلنگ tiger), Dovşan (خرگوش rabbit), Kəltə (مارمولك dragon), İlan (snakeمار ), Yunt (horseاسب ), Qoyun (ramگوسفند ), Piçin (monkeyميمون ), Toyuq ( مرغ خانگي rooster), İt (dogسگ ), Donuz (pigخوك )
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Bayramların adları: Azərbaycan Buduncunda bayram adlarının bir çoxu Farsca azı Ərəbcədir. Bu sorun Güneydə də yaşanmaqdadır. Oysa bayramların adları kəsinliklə Türkcə və Türkcə dilbilgisi qurallarına uyqun olmalıdır. Bayram adlarının Türkcəsi var olmasa bilə, Türkcə qarşılıqlarının törədilməsinə çaba göstərilməlidir:
Ərgənəqon Bayramı (Novruz Bayramı), Adaq Bayramı (Qurban Bayramı), Odgünü Sürü (Çərşənbəsuri), Orucluq Bayramı (Fitr Bayramı), Gəzi Günü (Sizdəhbedər), Qırxca (Çillə), Dayanışma Günü (Həmrəylik Günü).....
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Milli olmayan soyadları düzgəsi (sistemi): Gənəlliklə hər bir ulusun soyadları düzgəsinin kökü, o ulusun dili, budun bilimi, ötəyi, söyləncələri (mifləri) və əkincində olub; pisiķoloji, ruhiyyat və ona hâkim olan siyasi və dəyərlər düzgəsini yansıtmaqdadır. Türk budunun soyadlar düzgəsi də, bu xalqın öz dil və əkincinə sayqı, sevgi və vurqunluğunun ürünü və qalıtıdır. Bu düzgə Türk dilinin çox geniş olan olanaqlarından yararlanaraq, uzun bir ötəkdə yaranmış və Türk budunun yaşadığı bölgə, gələnək, inanc və ulusal dəblərinə uyqunluq və uyum içində dəyişim və gəlişimə uğramışdır. Ancaq bu varsıl soyadları düzgəsi, Quzey Azərbaycanda geçən son iki yüzildə doğal olmayan yapay nədənlərdən dolayı, tərkcə öz Türk ulusal özəlliyini itirmişdir. Azərbaycan Buduncunda soyadları düzgəsinin Türk özəlliyini itirmə sürəci o dənli genişdir ki dışarıdan baxan yansız bir gözləmci və araşdırmacının, burada yaşayan xalqın soyadlarına baxaraq, onun ulusal və Türk kimliyini anlaması mümükün deyildir.
Azərbaycan Buduncunda soyadları düzgəsi kəsinliklə milli özəlliklər və də görklülükdən (estetizmdən) yoxsundur. Bu düzgədə soyadları, gənəldə kök kəliməyə Ruscadan alınmış –ov, -ev azı Farscadan alınmış -zadə artırılaraq əldə edilir. Örnəyin Əliyev, Mərdanov, Əlizadə. İşlədilən kökadların mütləq çoxunluğu da Türkcə yox, bəlkə Ərəbcə, Farsca (hətta Paniranismi çağrışdıran bir sıra adlar örnəyin Daryuş, Pərviz, Zərdüşt, Səyavuş...) və son zamanlarda Ruscadır. Türk kimliyi açısından hər çeşit millilikdən yoxsun və dil ilə görklülük baxımlarından yoxsul olan bu ilkəl düzgə, kəsinliklə Güney Azərbaycandakı soyadları üçün örnək və ülgü alınmamalıdır.
Sözlük
Abece: Əlifba
Ad tamlaması: İzâfi tərkib
Alan: Sâhə
Arasıra: Bə’zən
Aşal: Rütbə
Axın: Hucum
Ayırac: Parantez
Ayrıq: Fərqli
Azı: Ya da, vəya, yâxud
Bağılsız: Müstəqil
Bağılsızlıq: İstiqlal
Bayrı: Arxayik
Belin: Təhlükə
Bətik: Mətin
Biçik: Hərf
Biçim: Şəkil, form
Bilə: Hətta
Biləşik: Mürəkkəb
Budunbilim: Folķlor
Budunc: Cumhuriyət, Respubliķa
Bügüş: Fəlsəfə
Bundalı: Sekular
Çağdaş: Muâsir
Çınbilimi: Huquq
Çoxul: Cəm
Çoxunluq: Əksəriyyət
Degi: Kəlimə
Denətim: Ķontrol
Denəyim: Təcrübə
Dənli: Qədər
Dilbilgisi: Qıramer, qıramatika
Dirgili: Canlı
Dönəncə: Mevsim
Dura: Nüqtə
Düyüm: Üqdə
Düzgə: Sistem
Əkinc: Kültür
Eldəm: Lâyik
Elik etmək: İstila etmək
Elik: İstila
Ərklət: Dövlət
Eyləm: Fe’l, aksiya
Eyləmlik: Məsdər
Gəniz: Nazal, burundan
Gərəksinim: Ehtiyac
Ginələmək: Təkrar etmək
Görklülük: Estetizm
Görksöz: Ədəbiyat
Görksüz: Çirkin
Görkül: Ədəbi
Gücəm: Zülüm
İdi: Heç
İlkəl: İbtidâyi, bədəvi
Ilxı: Heyvan
İm: İşârət
İrim: Diqqət
İrimləşdirmək: Dəqiqləşdirmək
İtəkləmək: Təhmil etmək
İtəm: Zərər
İzlənc: Pıroqram
Kəsinliklə: Mütləqən
Kəsmə: Apastrof
Kip: Qalıb
Kökləşik: Ķılasik
Ölçüt: Me’yar
Örnəyin: Misal üçün
Ötək: Târix
Oynam: Rol
Oysa: Halbuki
Özgü: Xas, məxsus
Özgün: Əsil
Qalıt: Miras
Qanıt: Subut
Qarma: Hibrid
Qarmaşa: Ķompleķs
Qolay: âsân
Quraşdırım: Teķnoloji
Salıq: Xəbər
Sayrılıq: Xəstəlik
Səsbilimi: Fonetik
Sömürgəçilik: Ķoloniyalism, iste’mar
Söyləncə: Mif, usturə
Soysop: Sülâlə
Tabası: Rəğmən
Tablamaq: Qəbul etmək
Tasarı: Tərh, Pılan
Taxma ad: Ləqəb
Tayın: Eyni
Tayınca: Eynən
Təkil: Müfrəd
Təməl: Əsas
Tərkcə: Sür’ətli
Tikəl: Qismi
Topar: Dəstə, Qurup
Tuğralı: Rəsmi
Ucqaroba: Diyaspora
Uçra: Çünkü
Ülgü: Örnək, model
Ürkən: Həmişə, hər zaman
Uyqarlıq: Mədəniyət
Uyqunluq
Uyum: Harmoni
Üzərində: Haqqında
Uzluq: Sənət
Varsıl: Zəngin
Vurqun: Heyran
Xaqan: Şah
Yalın: Sâdə
Yapmaca: Sün’i
Yarar: Fayda
Yazım: Ortoqrafi
Yeddicə: Həftə
Yekə: Süper, meqa, hayper
Yenicil: Modern
Yenidegi: Neolojism
Yerində: Haqlı
Yetirim: Təbliğ, Pıropaqanda
Yim: Təqvim
Yiyə: Sâhib
Yönətgi: Siyasət
Yoxsul: Fəqir
Yoxsun: Məhrum
|
|
POWERED BY BLOGFA.COM |
|